Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Vüsal Bayram Oğlu
  • Doğum Tarixi: 02.07.1980
  • Şəhər: Gəncə
  • Rütbə: Baş Leytenant
  • Dövr: I Qarabağ Müharibəsi
Vüsal Əliyev 1980-ci il iyul ayının 2-də anadan olmuşdur. Orta təhsilini 10 №-li orta məktəbdə almışdır. Orta məktəbi əla qiymətlərlə bitirən Vüsal məktəbin fəxri idi. Dəfələrldə respublika səviyyəli olimpiadaların qalibi olmuşdur. Uşaqlıqdan boksla məşğul olan Vüsal bir neçə dəfə beynəlxalq turnirlərin layiqli iştirakçısı olmuşdur.

Vüsal Əliyev orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi fakültəsinə daxil olmuşdur. 2001-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Vüsal Əliyev 2002-ci il dekabrın 25-də hərbi xidmətə çağırılmışdır. Ağcabədidə xidmət etmişdir. Baş leytenant Əliyev  tez bir zamanda xidmət etdiyi hərbi hissədə böyük hörmət qazanmışdı. Dəfələrlə hərbi hissə komandiri tərəfindən təşəkkürə layiq görülmüşdür.

Vüsal Bayram oğlu Əliyev 2004-cü il iyunun 11-də Xocavənd təpəliyində yaralı əsgəri döyüş bölgəsindən çıxararkən düşmən snayperinin gülləsinə tuş gəlmişdir. Hərbi xidməti başa vurmağa 10 gün qalmış Vüsal Əliyev qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 

Cəsur həmyerlimiz Vüsal Əliyev 2004-cü il iyunun 12-də Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əliyev Vüsal Bayram Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş