Əliyev Ədalət Əli oğlu 12 iyun 1960-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuş, məlum hadisələrlə əlaqədar olaraq 1988-ci il tarixdə ailəsi ilə birlikdə Azərbaycana gəlib Gəncə şəhərində məskunlaşmışlar. O, Gəncə şəhəri 20 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra texniki-peşə məktəbinə daxil olmuş və çilingər peşəsinə yiyələnmişdir. Ədalət Əliyev bir müddət müxtəlif yerlərdə çilingər kimi işləmişdir. O, 1978-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, sovet ordusu sıralarında 2 il xidmət edib qayıtdıqdan sonra Rəbiyyə xanımla ailə həyatı qurmuş, birgə nikahdan Günay, Gündüz və Könül adlı üç övladları dünyaya gəlmişdir. Erməni faşistləri Azərbaycan torpaqlarını işğal edən zaman Ədalət rahat dayana bilməmiş, döyüşlərin qızğın çağında, 1993-cü ildə cəbhəyə yollanmış və 181 saylı hərbi hissənin tərkibində düşmənə qarşı amansız vuruşmuşdur. O, Füzulu rayonunun bir sıra kəndlərinin müdafiəsində fəal iştirak etmiş, düşmənin silahlı qüvvələrinə ağır zərbələr endirmişdir. Əliyev Ədalət Əli oğlu 14 may 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən Füzuli rayonunda düşmənin yerə basdırdığı minaya düşərək həlak olmuşdur. Gəncə şəhəri Rəmziyyə Veysəlova küçəsində Ədalət Əliyevin ruhuna hörmət əlaməti olaraq bulaq inşa edilmişdir.
Əliyev Ədalət Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.