Əliyev Bəxtiyar Nadir oğlu 1965-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunda anadan olmuşdur. 1968-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köşmüşlər. Bəxtiyar Əliyev Gəncə şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra 1983-cü həqiqi hərbi xidmətə çağırılmış, 2 il Kamçatkada xidmət etdikdən sonra 1985-ci ildə doğma şəhərinə qayıtmışdır. Bəxtiyar Əliyev hərbidən qayıtdıqdan sonra Gəncə şəhərində yerləşən Sement-beton zavodunda işləmişdir. O, erməni dilində çox sərbəst danışmağı bacarmış, 100-dən çox erməni ailələrinin Gəncə şəhərindən çıxarılmasında böyük fəallıq göstərmiş, onların şəhərdən ərzaq aparmalarına imkan verməmiş və erməni ailələrindən götürdüyü ərzaqla Hacıkənddə 44 ailənin ərzaq tədarükünü təmin etmişdir. Bəxtiyar Əliyev Nüvədi kəndinin müdafiəsində böyük şücaət göstərmişdir. Gəncə şəhərinin ikinci hissəsində yaşayan ermənilərin dediklərinə görə, 13 yanvar 1990-cı ildə Bəxtiyar Əliyev döyüş yoldaşları Rüzigar Qasımov və Abbasqulu Məmmədovla birlikdə Çaykənddə ermənilərlə qarşılaşmış, Bəxtiyarı tutan erməni zabiti silahla Ruzigarı vurmağı ona əmr edəndə Bəxtiyar bu təklifi rədd edərək Rüzigarı vurmamış və nifrət hissi ilə həmin erməni zabitinin üzünə tüpürəndə həmin şəxs də tapança ilə Bəxtiyarın sifətindən vurmuşdur. Həmin hadisənin şahidi olmuş Gəncə şəhəri «Vtoroy çast» deyilən yerdə yaşayan ermənilər Bəxtiyarı vətənpərvər, qeyrətli, xalq naminə canını qurban verən oğul kimi söyləyirmişlər. Beləliklə, Əliyev Bəxtiyar Nadir oğlu qəhrəmancasına şəhidlik zirvəsinə ucalaraq 14 yanvar 1990-cı ildə dəfn olunmuşdur. Əliyev Bəxtiyar Nadir oğlu, Məmmədov Abbasqulu Əzim oğlu və Qasımov Ruzigarı İmran oğlu Gəncənin ilk şəhidləri hesab olunurlar. Əliyev Bəxtiyar Nadir oğlunun ruhuna hörmət əlaməti olaraq Gəncə şəhərində onun adına küçə də salınıbdır.
Əliyev Bəxtiyar Nadir Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.