Əliyev Emin Elmar oğlu 1 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 46 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərinə getmiş və təhsilini davam etdirərək 153 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 2003-cü ildə Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş və 2006-cı ildə həmin liseyi əla qiymətlərlə bitirmişdir. Emin Əliyev həmin il H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə gənc həmyerlimiz həmin təhsil ocağını bitirdikdən sonra təhsilini Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində davam etdirmiş və oranı bitirib MN-nin 24 iyun 2011-ci il tarixli müvafiq əmri ilə xidmətini davam etdirmək üçün 181 saylı hərbi hissədə ehtiyat motoatıcı taborun motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. Emin Əliyev məzuniyyətdən qayıtdıqdan sonra 29 iyul 2011-ci ildə həmin hərbi hissədə xidmətə başlamış, 2 aydan sonra korpus komandirinin 7 oktyabr 2011-ci il tarixli müvafiq əmri ilə həmin hərbi hissənin ön cəbhədə yerləşən motoatıcı taborunun tağım komandiri vəsifəsinə təyin olunmuşdur. Emin Əliyev nizam-intizamı və qabiliyyəti ilə zabitlərin arasında xüsusilə seçilmiş, həmçinin qayğıkeş bir zabit kimi şəxsi heyətin böyük hörmətini qazanmışdır. Əliyev Emin Elmar oğlu 2 noyabr 2011-ci ildə xidməti vəzifəsini yerinə yetirən zaman düşmən gülləsinin qurbanı olmuş, 3 noyabr 2011-ci ildə meyiti Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əliyev Emin Elmar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.