Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Xəlil Novruz Oğlu
  • Doğum Tarixi: 08.03.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Xəlil Novruz oğlu 8 mart 1972-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1987-ci ildə 19 saylı orta məktəbi bitirdikdən sonra Avtomobil Nəqliyyatı Texnikumuna daxil olmuşdur. Xəlil Əliyev 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, nizam-intizamlı əsgər olduğuna görə hərbi hissə rəhbərliyi tərəfindən ailəsi ilə görüşmək üçün ezamiyyət verilmiş, Xəlil Əliyev ezamiyyətə gələn zaman könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılmışdır. Xəlil Əliyev cəbhəyə getdiyi günlərdən etibarən əsgərlər arasında öz qorxmazlığı və bacarığı ilə seçilən bir əsgər olmuşdur. O, Yenikənd, Drambon, Sırxavənd, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə qorxmazcasına vuruşmuşdur. Xəlil Əliyev sonuncu döyüşü zamanı kəşfiyyatçı kimi 20 nəfər əsgərdən ibarət bir dəstə ilə bir neçə postu alaraq irəliləyib Qarakənd zirvə postunda hər tərəfdən mühasirəyə düşmüşdür. Həmin vaxt əsgərlər arasında subay və ən cavanı Xəlil olmuşdur. Əsgər yoldaşlarının dediyinə görə, atəş açaraq 19 nəfərin mühasirədən çıxmasına şərait yaratmış, özü isə öz mövqeyindən tərpənə bilməmişdir. Xəlilin döyüş yoldaşları Xəlili səsləsələr də o, yaralı olduğunu bildirmiş və həmin yeri tərk etməyi döyüş yoldaşlarına tapşırmışdır. Həmin atışma zamanı Xəlil Əliyevin gülləsi qurtarmış, o, düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü partlatmışdır. Beləliklə, igid həmyerlimiz 19 sentyabr 1992-ci ildə Qara kənd uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əliyev Xəlil Novruz Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş