Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Nəriman Məcid Oğlu
  • Doğum Tarixi: 22.07.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Nəriman Məcid oğlu 22 iyul 1969-cu ildə Gürcüstan Respublikasının Batumi şəhərində anadan olmuşdur. Batumi şəhərində orta məktəbi bitirdikdən sonra təhsilini orada texniki-peşə məktəbində davam etdirmiş və peşə məktəbini də bitirdikdən sonra Batumi şəhərində yerləşən emalatxanaların birində dəmirçi kimi işləmişdir. Nəriman Əliyev gənc yaşlarından etibarən idmanın sambo növü ilə məşğul olmuş, yoldaşları arasında mahir samboçu kimi tanınmış, respublika səviyyəli yarışlarda iştrak edən Nəriman həmişə mükafatçılar sırasında olmuşdur. Nəriman Əliyev Ukraynanın Lvov şəhərində sovet ordusu sırarında hərbi qulluğunu başa vurduqdan sonra 1990-ci ildə valideynləri ilə birgə Azərbaycana gələrək Gəncə şəhərində məskunlaşmışlar. Nəriman Əliyev Gəncə Sənaye Materiallari Kombinatında dəmirçi işləməyə başlamışdır. Ermənilərin Azərbaycan torpaqlarına olan hücumları ilə bağlı Nəriman Əliyev 7 oktyabr 1992-ci ildə cəbhəyə getmək haqqında çağırış vərəqəsi almışdır. Hətta valideynlərinin onun toyunu görmək arzularını da gözlərində qoymuşdur. Səhərisi gün cəbhəyə yollanan kiçik leytenant Nəriman Əliyev əvvəlcə Laçın rayonunda təcavüzə məruz qalan kəndlərdə yerli camaata kömək etmiş, sonra isə könüllülərdən ibarət polkun döyüşçüsünə çevrilmişdir. Cəsur döyüşçü ölümün gözünə dik baxaraq həmişə döyüşlərdə qabaqda getmişdir. Dəfələrlə erməni quldurlarının postlarını, silah anbarlarını təkbaşına dağıtmışdır. Nəriman Əliyev Ağdərə, Qozlu, Cıldıran, Drambon kəndlərinin düşməndən təmizlənməsində xüsusi mərdlik nümunəsi göstərmişdir. 8 fevral 1993-cü ildə Vaqauz kəndi uğrunda gedən döyüş Nəriman üçün sonuncu döyüş olmuşdur. Həmişə ön sırada mərdiklə döyüşən igid vətənpərvər bu dəfə düşmənin atdığı topun hədəfinə çevrilmişdir. Beləliklə, cəmi 24 il ömür sürən, həyatı gənc yaşlarından dəmir kimi bərkiyən, ürəyində yurd, Vətən sevgisi mətinləşən bir gəncin ömür salnaməsi başa çatmış və igid həmyerlimiz Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əliyev Nəriman Məcid Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş