Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Səmədov Pərviz Əbdüləhəd Oğlu
  • Doğum Tarixi: 05.05.1970
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Səmədov Pərviz Əbdüləhəd oğlu 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, səkkizinci sinfi bitirdikdən sonra 1985-ci ildə təhsilini 15 saylı texniki-peşə məktəbində davam etdirərək avtomobil çilingəri ixtisasına yiyənmişdir. 1988-1990-cı illərdə Çita şəhərində əsgəri xidmətdə olmuşdur. O, 1992-ci il fevralın 22-də könüllü olaraq Ağdama gedərək kəşfiyyat dəstəsinin komandiri kimi Şelli, Naxçıvanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə şəxsi igidlik nümunələri göstərmişdir. Onun kəşfiyyat dəstəsi düşmənin silah-sursat anbarlarını, strateji obyeklərini və sığınacaqlarını aşkarlayaraq məhv etmişdir. 1992-ci il mayın 15-də Gülablı kəndində gedən döyüşlərdə Pərviz Səmədovun bölüyü də ölüm-dirim savaşına atılmışdır. Bu igidlər əsl döyüşçü cəsarəti və inandkarlığı göstərərək, ermənilər tərəfindən vurulmuş «təcili yardım» vertolyotunun ekipajını xilas edə bilmişlər. Lakin igid komandir Pərvizin özü isə snayper gülləsinə tuş gələrək həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Pərviz Əbdüləhəd oğlu Səmədova Milli Qəhrəman fəxri adı verilmişdir. Hazırda igid Pərvizin adını ondan yadigar qalan balaca Pərviz yaşadır.
Səmədov Pərviz Əbdüləhəd Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş