Media / Xəbərlər

Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib

Media

Vətən müharibəsi iştirakçısı, şəhid Daşdəmirov Rəvan Məzahir oğlunun atası Daşdəmirov Məzahir Qüdrət oğlu dəfn olunub.
Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Rəsmilər mərhumun ailə üzvlərinə başsağlığı verib, onlara Allahdan səbir diləyiblər.
Xatırladaq ki, şəhid Rəvan Daşdəmirov Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Rəvan Daşdəmirov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarla III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
 
Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib
Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib
Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib
Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib
Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib
Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib
Niyazi Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib




Sosial Şəbəkədə Paylaş