Media / Xəbərlər

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanasında “Vətən üçün doğulanlar” layihəsi çərçivəsində şəhid ailələri ilə görüş keçirilib

Media

“Vətən üçün doğulanlar” layihəsi çərçivəsində şəhid ailələri ilə görüş keçirilib
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxanasının Xidmət şöbəsində “Vətən üçün doğulanlar” layihəsinin davamı olaraq may ayında doğum günü olan Gəncə şəhidlərinin ailələri ilə görüş təşkil edilib.
Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra may ayında anadan olmuş şəhidlərin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Gəncə şəhər Qarabağ Əlilləri Cəmiyyətinin sədri Məmməd Rəhimov, cəmiyyətin sədr müavini Ənvər Əhmədov, “Vətən övladları” şəhid, qazi və veteranlar İctimai Birliyinin sədr müavini Mehdi Kərimov, qazilər, eləcə də Gəncə Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru Nurlana Həmzəyeva çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, Vətən uğrunda göstərdikləri şücaətdən və tarixi zəfərimizdən danışıblar.
Şəhid valideynləri övladları ilə bağlı xatirələrini bölüşərək onların cəsarəti və mərdliyi ilə qürur duyduqlarını bildiriblər. Eyni zamanda şəhidlərin xatirəsinin daim yad edilməsinə görə kitabxana kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
Həmçinin tədbirdə Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbi də hazırladığı ifalarla iştirak edib.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.






Sosial Şəbəkədə Paylaş