Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 27.04.2026-cı il tarixdə “Vətən üçün doğulanlar” layihəsi çərçivəsində aprel ayında anadan olmuş II Qarabağ Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan igid Azərbaycan oğullarının, Gəncə şəhidlərinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq dastanı-Vətən sevgisi” ” başlığı altında şəhid ailələri ilə görüş keçirib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan olunub və Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirakçılara 44 günlük vətən müharibəsinə həsr olunmuş “Vətənimin qəhrəman oğulları” adlı video- çarx təqdim olunub və hər bir şəhid haqqında ətraflı məlumat verildi.
Şəhid valideynləri öz qəhrəman övladlarının xatirələrini bölüşdülər, onların döyüş yolunda göstərdikləri igidlikdən söhbət açdılar. Sonra layihənin rəhbəri Miryunis Seyidzadə, Gəncə şəhər “Qarabağ Əlillər Cəmiyyətinin” sədri I Qarabağ Müharibəsi iştirakçısı Rəhimov Məmməd, “Qarabağ Əlillər Cəmiyyətinin” sədr müavini I Qarabağ Müharibəsi iştirakçısı qazi Əhmədov Ənvər, “Şəhid ailələri və qazilər sektorunun” sədri II Qarabağ Müharibəsi iştirakçısı Həsənzadə Əli, “Şəhid ailələri və qazilər sektorunun” sədr müavini II Qarabağ Müharibəsi iştirakçısı Babayev Ayxan,Gəncə Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, etnoqraf Nurlana Həmzəyeva çıxış edərək qeyd etdilər ki, 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsinin başlanması ilə 44 gün ərzində Azərbaycan əsgəri Qarabağımızı bizə geri qaytardı. Bütün dünya Azərbaycan əsgərinin gücünü, qüvvətini gördü. Onlar Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazdılar, bu səhifələrin altında neçə-neçə yüzlərlə oğulun imzası yazıldı.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Almaz Yusifqızı yazdığı “Şəhidlər” şeirini iştirakçılara təqdim etdi. Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli məktəbin şagirdləri və şəhid övladları vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş şeirlər söyədilər. Tədbirdə Fikrət Əmirov adına 1№-li uşaq musiqi məktəbinin müəllimləri tərəfindən vətənpərvərliyə həsr olunmuş mahnılar ifa olundu.Sonda xatirə şəkilləri çəkildi.


