Media / Xəbərlər

Niyazi Bayramov şəhid ailələrini, müharibə iştirakçılarını, şəhər sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib

Media

Əziz şəhid ailələri,  müharibə iştirakçıları və şəhərimizin sakinləri!
Sizi xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı və mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Novruz bayramı təbiətin oyanışını, yenilənməni, birlik və bərabərliyi təcəssüm etdirirsə, Ramazan bayramı insanları mənəvi saflığa, mərhəmətə, paylaşmağa və xeyirxahlığa səsləyir. Bu iki əziz bayramın eyni dövrə təsadüf etməsi xalqımızın həm milli, həm də dini dəyərlərinin vəhdətini bir daha nümayiş etdirir.
Əminəm ki, bu bayram günlərində hər bir ailədə sevinc, səmimiyyət və xoş ovqat hökm sürəcək, süfrələriniz bol, ocaqlarınız daim isti olacaqdır.
Arzu edirəm ki, Novruzun gətirdiyi yenilənmə ruhu və Ramazanın bəxş etdiyi mənəvi zənginlik həyatınıza xoşbəxtlik, firavanlıq və ruzi-bərəkət gətirsin. Şəhərimizin inkişafı, sakinlərimizin rifahı naminə həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək, Gəncəmiz daha da gözəlləşəcəkdir.
Sizə möhkəm cansağlığı, ailələrinizə səadət və əmin-amanlıq arzulayıram.
Novruz və Ramazan bayramlarınız mübarək olsun!
Sosial Şəbəkədə Paylaş