Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MərkəziKitabxananın xidmət şöbəsi şəhid atası Miryunis Seyidzadə ilə birgə yeni bir layihəyə ”Vətən üçün doğulanlar” layihəsinə start verdi.
Gəncə şəhər Mərkəzi Kitabxananın xidmət şöbəsində fevral ayında anadan olan 8 Gəncə şəhidinin mövludu qeyd edildi, ailələri ilə görüş təşkil olundu.
İlk olaraq Azərbaycan şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şöbənin əməkdaşlarının hazırladığı videoçarx tədbirdə nümayiş olundu.
Sonra hər bir şəhid haqqında kitabxana əməkdaşı tərəfindən məlumat verildi, onların hər birinin uşaqlığı, xarakteri, şərəfli döyüş yolu ilə bağlı valideynləri, doğmaları və dostları söhbət açdı.
Tədbirin qonaqları-nasir, dramaturq, ictimai xadim Nüşabə Əsəd Məmmədli, jurnalist Firəngiz İdrisqızı, MKS-nin keçmiş direktor əvəzi Fəridə Qədimova, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov, “Vətən övladları” qaziər, veteranlar və şəhid ailələri İB-nin rəhbəri Mehdi Kərimov və birliyin üzvü qazilər 44 günlük Vətən Müharibəsi və vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin igidliyi və qorxmazlığından danışaraq, şəhid ailələrinə səbr, mətinlik arzu etdilər.
Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli məktəbin şagirdlərinin ifasında şəhidlərin ruhuna ithafən şeirlər, F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin musiqiçilərinin ifasında vətənpərvər ruhlu mahnılar səsləndirildi.
Sonda şəhid valideynləri ilə xatirə şəkli çəkdirildi.







