Media / Xəbərlər

Gəncə şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq videoçarx hazırlanıb

Media

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq, Gəncə şəhərinin Vətən uğrunda canlarından keçmiş şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarxda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin fotoşəkilləri, eləcə də onlar haqqında bir sıra məlumatlar yer alır.
Videoçarxın hazırlanmasında əsas məqsəd şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, gənc nəslə Vətən sevgisini aşılamaq və qəhrəmanlarımızın göstərdiyi fədakarlığı bir daha cəmiyyətin diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, videoçarx xüsusi günlərdə Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi Meydanında quraşdırılmış iriölçülü monitorda nümayiş olunacaq.

Sosial Şəbəkədə Paylaş