Media / Xəbərlər

Niyazi Bayramov şəhid Valeri Boqdanovun ailəsini ziyarət edib

Media

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 20 Yanvar faciəsinin 36-cı ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsini ziyarət edib.
Ziyarətdə Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Şəhər rəhbəri şəhidin ailə üzvlərinə başsağlığı verib, Valeri Boqdanovun əziz xatirəsinə dərin hörmət və ehtiramını ifadə edib. O bildirib ki, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi hər zaman uca tutulur və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Şəhidin anası Valentina Boqdanova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində anadan olub. Boqdanovlar ailəsinin yeganə oğlan övladı olan Valeri Boqdanov Rostov Dəmiryolu Universitetini bitirdikdən sonra Gəncə şəhərində dəmiryolu sahəsində çalışıb. Sonrakı illərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyət göstərib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub.
 
Niyazi Bayramov şəhid Valeri Boqdanovun ailəsini ziyarət edib
Niyazi Bayramov şəhid Valeri Boqdanovun ailəsini ziyarət edib

Sosial Şəbəkədə Paylaş