Media / Xəbərlər

Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib

Media

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qarşıdan gələn Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarətdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Ziyarət zamanı Əbədi Məşəl Abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Daha sonra Cümə məscidinin imamı İsgəndər Məmmədov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib
Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib
Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib
Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib
Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib
Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib

Sosial Şəbəkədə Paylaş