Media / Xəbərlər

Gəncə Dövlət Kukla Teatrı şəhid övladlarını Yeni il tamaşası ilə sevindirib

Media

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Kukla Teatrında şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il tamaşası nümayiş olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Kukla Teatrının təşkilatçılığı, Nizami və Kəpəz rayon Bələdiyyələrinin dəstəyi həmçinin şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadənin təşəbbüsü ilə Gəncə şəhərində yaşayan şəhid övladları üçün “Şaxta babanın ad günü” adlı Yeni il tamaşası nümayiş etdirilib.
Tamaşa zamanı Şaxta baba, Qar qız və digər sevimli nağıl qəhrəmanları – Qar Kraliçası, Ölməz Koşşey, elflər və Quldur Koko balaca tamaşaçılara unudulmaz, sevincli, maraqlı və həyəcan dolu anlar yaşadıblar. Uşaqlar nağıl dünyasının sehrinə qərq olaraq bayram ovqatını doyunca hiss ediblər.
Tədbirin sonunda Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları balacalara Yeni il hədiyyələri təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər. Bu xoş təşəbbüs şəhid övladlarının üzündə təbəssüm yaradaraq onlara bayram sevinci bəxş edib. 
Sosial Şəbəkədə Paylaş