Media / Xəbərlər

Gəncədə "Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək" layihəsinin yekun tədbiri keçirilib

Media

“AzerGold" QSC-nin təşkilatçılığı ilə həyata keçirilən "Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək" layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşəsi üzrə 2 aylıq intensiv təlimlər başa çatıb. Bununla əlaqədar olaraq, peşə təlimi proqramını uğurla tamamlayan müdavimlərin Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” serfitikatları ilə təltif olunması mərasimi keçirilib.
Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, İqtisadiyyat Nazirliyi, “Honey Cake Studio” kulinariya incəsənət məktəbinin nümayəndələri və digər ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, şəhid ailələri və müharibə iştirakçılarının ailə üzvlərinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasına xidmət edən layihə dövlətimizin bu sahədə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətə əlavə töhfə vermək məqsədi daşıyır. Layihənin əsas məqsədləri sırasında həssas kateqoriyaya aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi müstəqilliklərinin artırılması və sosial fəallıqlarının dəstəklənməsi yer alır.
Bildirilib ki, peşə təlimi proqramında iştirak etmiş qadınların “qənnadçı-şirniyyatçı” ixtisası üzrə əmək fəaliyyətinə cəlb olunması istiqamətində layihənin digər tərəfdaşları tərəfindən də müvafiq dəstək tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Sonda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edib uğur qazanmış müdavimlərə peşəkar fəaliyyət imkanı yaradan sertifikatlar təqdim olunub.
Qeyd edək ki, şəhid ailələri və müharibə iştirakçıları “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf qruplarından biri kimi müəyyən olunub. Onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrə müxtəlif sahələr üzrə təlimlər, sahibkarlıq fəaliyyətinə dəstək, maddi yardımlar, sağlamlıq aksiyaları, daimi məşğulluq imkanları və digər sosial proqramlar daxildir.
 
Sosial Şəbəkədə Paylaş