Media / Xəbərlər

Gəncədə şəhid və müharibə iştirakçılarının övladları üçün ödənişsiz tibbi yardım aksiyası keçirilib

Media

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və “Şans” Tibb Mərkəzinin təşkilatçılığı ilə Vətənimizin suverenliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın və müharibə iştirakçılarının ailə üzvləri üçün ödənişsiz tibbi yardım aksiyası həyata keçirilib.
Aksiya zamanı onlar müxtəlif tibbi müayinələrdən keçib, həkimlər tərəfindən peşəkar konsultasiyalar təqdim olunub. Ehtiyac yarandığı halda əlavə laborator analizlər və müalicə yönümlü prosedurlar da təşkil edilib. Tədbirin əsas məqsədi həmin ailələrin sosial rifahına dəstək olmaq, onların sağlamlıq qayğılarını azaltmaq və uşaqların vaxtında tibbi xidmətlə təmin edilməsini təmin etmək olub.
“Şans” Tibb Mərkəzinin əməkdaşları aksiyanın gələcəkdə də davam etdiriləcəyini, şəhid ailələri və müharibə iştirakçılarının övladlarının hər zaman diqqət mərkəzində saxlanacağını bildiriblər.

Sosial Şəbəkədə Paylaş