Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları ilə birgə Gəncə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış Əbədi Məşəl Abidəsinin önünə gül dəstələri düzüb, şəhid məzarlarını ziyarət edərək onların ruhuna dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təsdiqlədiyi “Tədbirlər Planı”na əsasən, bu gün Gəncə şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər həyata keçirilir.






