Media / Xəbərlər

Gəncədə 8 Noyabr Zəfər Gününün beş illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

Media

Gəncə Şəhər İcra Hakimiyyətində təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq 8 Noyabr – Zəfər Gününün beş illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Əvvəlcə rəsmilər şəhid ailələri ilə birgə Ulu Öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və şəhid ailələri iştirak ediblər.
Dəyirmi masada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən beş il keçir. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan xalqı üçün Vətən müharibəsinə çevrilib. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu: işğala son qoyulsun və tarixi ədalət bərpa edilsin. Bu zəfərin təməlində uğurla həyata keçirilmiş dövlət siyasəti, xalqın öz liderinə və ordusuna inamı, ordunun isə xalqa güvəni dayanır.
Dəyirmi masa iştirakçıları vurğulayıblar ki, Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-siyasi Zəfərdən sonra Azərbaycan dövləti və xalqı tarixinin yeni, qürurverici mərhələsinə qədəm qoyub. Bu gün dünya birliyi və beynəlxalq ictimaiyyət Azərbaycanı təkcə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə deyil, həm də güclü, müstəqil və söz sahibi olan bir dövlət kimi tanıyır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsası qoyduğu inkişaf və dövlətçilik yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib, Azərbaycan öz ən mürəkkəb və taleyüklü məsələlərini uğurla həll edən qüdrətli bir ölkəyə çevrilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş, hər zaman iftixarla xatırlanacaq və nəsillərə qürur mənbəyi olacaq bir tarixdir.
Gəncədə 8 Noyabr – Zəfər Gününün beş illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

Sosial Şəbəkədə Paylaş