Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 26 nömrəli məktəb-lisey kompleksində şəhər sakinləri ilə növbəti dəfə səyyar görüş keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə həmin məktəbin məzunları olan şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq yaradılmış guşə ziyarət edilmiş, şəhidlərin şəkilləri önünə tər çiçəklər qoyulmuşdur.
Vətəndaşların müraciətlərini dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi, ara küçələrin asfaltlanması və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib. İcra başçısı səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.