Media / Xəbərlər

17 oktyabr Gəncə Memorial Kompleksində Mülki Şəhidlər yad olundu.

Media

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələrinin raket hücumuna məruz qalmasından 5 il ötür. Bununla əlaqədar olaraq Gəncə Memorial Kompleksində Anım mərasimi təşkil olunub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop , Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze , YAP Gəncə təşkilatının sədri Bayram Aslanov , Qafqaz müsəlmanlar idarəsinin Qazilər şurasının üzvü Hacı Tahir Abbasov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən universitetlerin rektorları, Gəncə şəhər İcra Hakimiyəti başçısının Aparatının məhsul əməkdaşları, Bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Sosial Şəbəkədə Paylaş