Media / Xəbərlər

Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb

Media

Gəncədə şəhid ailələri və qazilərlə görüşlər davam edir. Şəhər rəhbərliyi şəhid valideynlərinə baş çəkir, qazi və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanır, onların problemlərinin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verir. Sözügedən şəxslərlə görüşlər bu həftə ərzində də davam etdirilib.

I qrup Qarabağ əlili Qədimov Zaur İmran oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə özəl xəstəxanaların birində əməliyyat olunub. Şəhər rəhbəri Niyazi Bayramov əməliyyatdan sonra Zaur Qədimovla elə xəstəxanada görüşüb, onun səhhəti və müalicəsi ilə maraqlanıb. Qarabağ qazisi göstərilən diqqət və qayğıya görə dövlət başçısı və şəhər rəhbərliyinə öz təşəkkürünü bildirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları ilə birlikdə şəhid ailələrini ziyarət edib. Onlar Vətən müharibəsi şəhidləri Əsgərov Musa Rövşən oğlu və Bayramov Həsən Bərham oğlunun ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Şəhid ailələrini narahat edən problemlərin qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti şəhid Əsgərov Musa Rövşən oğlunun ailəsinə kiçik surprizlə sevindirib. Belə ki, ailənin həqiqi hərbi xidmətdə olan digər oğlu Əsgərov Famil Rövşən oğlu icra hakimiyyətinin təşəbbüsü ilə 10 günlük məzuniyyətə buraxılıb.

Söhbət zamanı şəhidlərin keçdikləri döyüş yolundan, müharibədə göstərdikləri igidlik və qəhrəmanlıqlardan da danışılıb.

Qeyd edək ki, qazi və şəhid ailələrini ziyarətlər bundan sonra da davam etdiriləcəkdir.
Sosial Şəbəkədə Paylaş