Media / Xəbərlər

Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir

Media

"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
Qazilərimiz Rahim Bəhrəmlinin və Nadir Məmmədovun, şəhidimiz Şəhriyar Əsgərovun anası Minayə Əsgərovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Sosial Şəbəkədə Paylaş